RUSİYA

Putin Bəşər Əsədlə görüşdü: Rusiya və Suriya terrorizmlə mübarizədə uğur qazanıb

Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Ukraynada keçirilən xüsusi əməliyyatda Moskvaya dəstəyini ifadə edib.
Sputnik
BAKI, 15 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezident Bəşər Əsəd arasında görüş keçirilib.
Kremldə keçirilən danışıqlarda Putin bildirib ki, Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə edilib.
Rusiya prezidenti həmçinin əlavə edib ki, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 7% artıb.
Əsəd zəlzələlərin nəticələrinin aradan qaldırılmasına yardım etdiyinə görə Rusiya Federasiyasına təşəkkür edib. Suriya prezidenti əlavə edib ki, onun səfəri Rusiya ilə Suriya arasında münasibətlərdə yeni mərhələyə yol açacaq.
Əsəd Ukraynada keçirilən xüsusi əməliyyatda Moskvaya dəstəyini ifadə edib
Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Ukraynada keçirilən xüsusi əməliyyatda Moskvaya dəstəyini ifadə edib.
“Mən bu məqamdan istifadə etmək istəyirəm, çünki bu, xüsusi əməliyyatdan sonra ilk səfərimdir və Suriyanın xüsusi əməliyyata dəstək mövqeyini təkrarlamaq istəyirəm”, - Suriya prezidenti bildirib. O, həmçinin əlavə edib ki, dünyada vəziyyət sabitləşməlidir.