TƏHSİL

Novruz bayramı ilə bağlı məktəblilərin tətil günləri açıqlanıb

Nazirlər Kabinetinin bu qərarı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Sputnik
BAKI, 15 mart — Sputnik. Məktəblərdə Novruz bayramı ilə bağlı tətil günləri açıqlanıb.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" müvafiq qərarına əsasən tətil günləri aşağıdakı kimi müəyyənləşib:
beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 mart;
altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixləridir.
Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.
2023-cü ildə 18, 19 və 25, 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bu il Novruz bayramı ilə əlaqədar ardıcıl 9 gün iş olmayacaq.