BAKI, 15 mart — Sputnik. Milli Məclisin martın 17-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
Parlamentdən bildiriblər ki, iclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi daxil edilib.
İclasda hesabat dinləniləcək, müzakirələr aparılacaq.
Xatırladaq ki, daha öncə Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbəti iclas martın 17-də keçiriləcək. İclasda hökumətin hesabatı müzakirə ediləcək.