HADİSƏ

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb

Əlavə məlumat veriləcək.
Sputnik
BAKI, 15 mart - Sputnik. Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
"112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.