HƏRBİ

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Qazaxıstanda səfərdə olub

Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sputnik
BAKI, 15 mart — Sputnik. Azərbaycan ilə Qazaxıstan arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu bu ölkəyə səfər edib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfərin proqramına uyğun olaraq nümayəndə heyətinə qoşun xidməti və hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik və digər mövzularda brifinq təqdim olunub.
Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.