PAYTAXT XƏBƏRLƏRİ

Vəsait ayrıldıqca, yeni keçidlər inşa olunacaq

Aidiyyəti qurumlarla birgə təkliflər hazırlanıb, təhvil verilib, hansı ərazilərdə bu keçidlərə ehtiyac olduğu bildirilib.
Sputnik
BAKI, 14 mart — Sputnik. Ötən il beş yeni piyada keçidi inşa olunub. Lakin cari ildə nə qədər yeni piyada keçidi inşa ediləcək, bunu hələ dəqiq deyə bilmirik. Qeyd edim ki, hazırda bəzi piyada keçidlərinin inşası davam etdirilir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
O bildirib ki, Bakıya yaxın qəsəbələr var ki, magistral-avtomobil yolları oradan keçdiyi üçün piyada keçidlərinin tikilməsinə ehtiyac var:
"Magistral avtomobil yollarında - 2-4 zolaqlı, sürətli avtomobil yollarında yer üstü, yaxud da yeraltı piyada keçidləri olmalıdır. Bu işlər çərçivəsində aidiyyəti qurumlarla birgə təkliflər hazırlanıb, təhvil verilib, hansı ərazilərdə bu keçidlərə ehtiyac olduğu bildirilib. Vəsait ayrıldıqca bu işlər icra olunacaq".
"Hazırda Bakıda agentliyin balansında olan 200-dək yeraltı və yerüstü piyada keçidi var", - deyə qurum rəsmisi əlavə edib.