BAKI, 14 mart — Sputnik. Türkiyənin Kahramanmaraş vilayətində bu gün daha bir zəlzələ qeydə alınıb.
Bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ 4,9 bal gücündə olub.
***
Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda 4,8 maqnituda gücündə zəlzələ baş verib.
Bu barədə “CNN Türk” xəbər yayıb, qeyd olunub ki, yeraltı təkan bu gün səhər saatlarında qeydə alınıb.
Hələlik ki, itki və dağıntıların olub-olmaması barədə məlumat yoxdur.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48448-ə çatıb.