CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İqlim dəyişmələri sahəsində daha effektiv praktika üzrə fəaliyyətlər davam etdiriləcək

Nazir müavininin sözlərinə görə, iqlim dəyişmələri sahəsində daha effektiv praktika və texnologiyaların tətbiqi üzrə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulub.
Sputnik
BAKI, 14 mart — Sputnik. Torpaqların deqradasiyasının neytrallığı ilə bağlı həyata keçirəcəyimiz layihəyə bu ilin növbəti rübündə başlayacağıq və bu məsələdə hökumətə dəstək göstərəcəyik.
Bunu İqtisadiyyat Nazirliyinin və BMT-nin birgə təşkilatçılığı ilə BMT və Azərbaycan arasında "2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi"nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib.
Nazir müavinin sözlərinə görə, növbəti ildəki prioritetlərə gəlincə, iqlim dəyişmələri sahəsində daha effektiv praktika və texnologiyaların tətbiqi üzrə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulub.
"Eyni zamanda, bildirim ki, biomüxtəliflik sahəsində xüsusi qorunan ərazilərin idarəetməsinin təkmilləşdirilməsi istiqamətində layihənin icrası davam etdiriləcək", - deyə o qeyd edib.