İQTİSADİYYAT

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6% azalıb, qeyri neft-qaz sektorunda isə 4,6% artıb.
Sputnik
BAKI, 14 mart — Sputnik. Cari ilin yanvar-fevral aylarında ölkədə 19 mlrd. 812,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4% çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin xəbərinə görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6% azalıb, qeyri neft-qaz sektorunda isə 4,6% artıb.
ÜDM istehsalının 50,3%-i sənaye, 8,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i tikinti, 2,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrinin, 16,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0%-ni təşkil edib.
Qeyd edək ki, əhalinin hər nəfərinə düşən ÜDM 1955,6 manata bərabər olub.