AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda balın istehsalı da artıb, qiyməti də

Dövlət Statistika Komitəsinin xəbərinə görə, bal istehsalı 10 faiz artıb ki, bu da 2021-ci illə müqayisədə 9,45% çoxdur.
Sputnik
BAKI, 14 mart — Sputnik. 2022-ci ildə Azərbaycanda balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat olub.
Dövlət Statistika Komitəsinin xəbərinə görə, bu, 2021-ci illə müqayisədə 5,5% çoxdur.
DSK-nın məlumatında qeyd olunur ki, ötən il ölkədə mumun 1 kiloqramının orta satış qiyməti 11,4% artaraq 14,7 manat, vərəmumun 1 kiloqramının orta satış qiyməti 1,4% azalaraq 91 manat, güləmin 1 kiloqramının orta satış qiyməti 12,1% artaraq 131,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 13,85% azalaraq 5,6 manat təşkil edib.
İstehsalda isə artım müşahidə edilib
Dövlət Statistika Komitəsinin xəbərinə görə, bal istehsalı 10 faiz artıb ki, bu da 2021-ci illə müqayisədə 9,45% çoxdur.