BAKI, 14 mart - Sputnik. Ermənistan bir neçə gün əvvəl Azərbaycandan sülh sazişinin başqa variantını alıb və məsələdə müəyyən irəliləyiş var.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
"Bildiyiniz kimi, fevralda biz sülh sazişi layihəsi ilə bağlı təkliflərimizi Bakıya göndərdik. İki-üç gün əvvəl Azərbaycandan cavab aldıq. Deyə bilərəm ki, müəyyən irəliləyiş var. Amma irəliləyiş olsa da, fundamental problemlər ortaya çıxır" - Paşinyan deyib.
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 20-də Münxendə yerli televiziya kanllarına müsahibəsində bildirmişdi ki, sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir:
"Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu."