TƏHLİL

"Yaşıl Sənaye": Aİ yenidən Avropa iqtisadi böhranı üçün şərait yaradır

Aİ-də "Təmiz Sənaye Haqında Qanun" həm siyasi məqsədləri, həm də bu məqsədlərə nail olmaq üçün istifadə edilə bilən alətlər üzündən dərin narahatlıq doğurur.
Sputnik
BAKI, 13 mart — Sputnik. Bir neçə ay əvvəl Avropa İttifaqı (Aİ) "Təmiz Sənaye Haqında Qanun" layihəsini elan edib və bu, Aİ-yə üzv olan dövlətlərin ekoloji cəhətdən təmiz texnologiyalara sərmayə qoyan konsernlərə subsidiyalar ödəməsini asanlaşdırmağa imkan verəcək.
Qanun layihəsi "yaşıl" texnologiyaların idxalını əvəz etməyə yönəlib və Brüsselin ABŞ-da inflyasiya ilə mübarizə və yaşıl enerjiyə keçid üçün istifadə olunan genişmiqyaslı ABŞ subsidiya paketinə ("İnflyasiyanın Azaldılması Haqqında Qanun") cavabıdır.
Lakin analitiklərin fikrincə, qanun yaşıl keçidə mənfi təsir göstərə, hətta Avropada iqtisadiyyatlar üçün bir sıra risklərə səbəb ola bilər.
"Bruegel" analitik agentliyinin məqaləsində deyilir ki, "Təmiz Sənaye Haqında Qanun" həm siyasi məqsədləri, həm də bu məqsədlərə nail olmaq üçün istifadə edilə bilən alətlər üzündən dərin narahatlıq doğurur.

"Layihədə Aİ-nin idxal baxımından Çindən həddən artıq asılı olduğu düzgün şəkildə ifadə edilsə də, məqsəd təhlükəsizlik və ya davamlılıq səbəbi ilə müəyyən ticarət tərəfdaşı üzərində konsentrasiyanı azaltmaq deyil, bütövlükdə Aİ-nin təmiz texnologiya sahəsində sənaye istehsalını qorumaq və genişləndirməkdən ibarətdir", - agentliyin məqaləsində qeyd edilib.

"Bruegel" agentliyi hesab edir ki, qanun layihəsinin qəbul edilməsinin "pis fikir" olmasının üç səbəbi var.
Birincisi, bu, çox güman ki, Aİ-nin "yaşıl keçidini" yavaşlatacaq, sürətləndirməyəcək.
"Karbonsızlaşdırılma mümkün qədər tez və minimum xərclə əldə edilməli olan bərpa olunan enerji istehsalı üzrə hədəfləri əhatə etməlidir. Buna ekoloji cəhətdən təmiz enerji istehsalı üçün lazım olan malların beynəlxalq ticarəti kömək edir", - məqalədə bildirib.
Konkret ixracatçıdan həddindən artıq asılılığa yol verilməməlidir, lakin ticarət tərəfdaşlarının şaxələndirilmiş bazası da daxil olmaqla, geniş yayılmış idxalın əvəzlənməsi mənasızdır və enerjinin Aİ-yə keçidini daha bahalı edəcəkdir.
İkincisi, agentliyin analitikləri hesab edir ki, Aİ-nin rəqabət qabiliyyətini artırmaq üçün səylər çətinləşə bilər.

"Bəzən zəif iş mühitinə malik inkişaf etməkdə olan ölkələr tərəfindən tətbiq olunan xüsusi iqtisadi zonalar kimi, bu qanun layihəsindəki yanaşma da real problemlərdən yayındırır. Aİ-də bunlar yüksək enerji qiymətləri və kapital bazarlarının birləşdirilməsində ləng irəliləyiş də daxil olmaqla həqiqi vahid bazarın olmamasıdır. Qanun layihəsi bu maneələri aradan qaldırmayacaq", - deyə "Bruegel"in analitiki yazır.

Üçüncüsü isə, "Təmiz Sıfır Sənaye Haqqında Qanun" Aİ-nin ticarət tərəfdaşları ilə münasibətlərinin pisləşməsinə də gətirib çıxara bilər.
Beləliklə, Çin və ABŞ kimi, Aİ indi aydın şəkildə bildirir ki, o, hətta əhəmiyyətli dərəcədə aşağı qiymətə məhsul istehsal edə biləcək tərəfdaşlardan belə təmiz texnologiyalar idxal etməkdə maraqlı deyil.
"ABŞ və Yaponiya kimi olan Aİ müttəfiqləri idxalın əvəzlənməsinin məqsədlərinin Çinə qarşı olduğu qədər onlara qarşı da düşmən olduğunu qeyd etməkdən çəkinməyəcəklər. Aİ siyasətinin formalaşması baxımından bu, tənzimləmə qərəzsizliyi və bazar nəticələri - Aİ-nin iqtisadi gücü və vahid bazarının sənaye sütunları "strateji" adlandırıldıqda kənara atıla bilər", - deyə agentlik bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.