BAKI, 13 mart — Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində 16 Ukrayna pilotsuz uçan aparatı, 12 "HIMARS" reaktiv atəş sistemi mərmisi və bir "HARM" antiradar raketini vurub. Bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bazar ertəsi bildirib.
"Donetsk istiqamətində "Cənub" qüvvələr qrupunun bölmələrinin aktiv hərəkətləri, aviazərbələr və artilleriya atəşi nəticəsində 190-a qədər ukraynalı hərbçi, üç tank, iki zirehli döyüş maşını, 14 texnika, həmçinin, "Msta-B" haubitsaları bir gündə məhv edilib", - deyə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunur ki, Rusiya bölmələri gün ərzində Xerson istiqamətində 20-dən çox Ukrayna hərbçisini, beş texnikasını, iki "Akatsiya" özüyeriyən haubitsasını, həmçinin "Msta-B" haubitsasını məhv edib.
"Kupyansk istiqamətində 60-dan çox ukraynalı hərbçi və iki texnika məhv edilib", - deyə nazirlik bildirib.
Müdafiə Nazirliyinin məlumatına görə, bir sutka ərzində Krasnolimanski istiqamətində 110-a qədər ukraynalı hərbçi, iki pikap və bir "Qvozdika" özüyeriyən artilleriya qurğusu məhv edilib.
"Cənub-Donetsk və Zaporojye istiqamətlərində "Vostok" qüvvələri qrupunun operativ-taktiki aviasiyası və artilleriyası Ukrayna silahlı qüvvələrinin bölmələrini kompleks məğlubiyyətə uğradıb. 60-a qədər ukraynalı hərbçi, iki pikap və D-20 və D-30 haubitsaları bu istiqamətlərdə bir sutka ərzində məhv edilib", - deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Xüsusi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 400 hərbi təyyarə, 220 helikopter, 3401 pilotsuz uçuş aparatı, 412 zenit-raket kompleksi, 8280 tank və digər zirehli döyüş texnikası, 1055 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 4333 ədəd sahə artilleriya silahları və minaatan, o cümlədən, 8904 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.