BAKI, 13 mart - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında bazar ertəsi telefon danışığı olub. Bu barədə TASS xəbər yayıb.
Nazirlər üzbəüz təmaslar öncəsi koordinasiyaya sadiq olduqlarını təsdiqləyiblər.
Bundan əvvəl İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, İran xarici işlər nazirinin Rusiyaya səfəri mart ayında gözlənilir.
“Xarici işlər nazirliklərinin rəhbərləri aktual regional və beynəlxalq məsələlər ətrafında məxfi fikir mübadiləsi aparıblar. Yaxın koordinasiyanın davam etdirilməsində, o cümlədən iki nazir arasında gözlənilən üz-üzə təmaslar çərçivəsində qarşılıqlı maraq təsdiqləndi”, - deyə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Smolensk meydanından onu da bildiriblər ki, nazirlər “Rusiya-İran çoxşaxəli əməkdaşlığının inkişafında müsbət dinamikanın güclənməsini” qeyd ediblər.
Lavrov və Abdullahian telefon danışığında iki ölkəyə qarşı qeyri-qanuni birtərəfli sanksiyalara baxmayaraq, ticarətin rekord səviyyədə olduğunu qeyd ediblər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian (sağda) Moskvada görüş zamanı
© Sputnik / Сергей Гунеев
/ “İkitərəfli gündəlikdəki bir sıra məsələlər müzakirə olunub. Tərəflər Rusiya-İran çoxşaxəli əməkdaşlığının inkişafında müsbət dinamikanın gücləndiyini qeyd ediblər. Ölkələrimizə qarşı qeyri-qanuni birtərəfli sanksiyalara baxmayaraq, ticarətin rekord səviyyədə əldə olunmasından məmnunluq ifadə olunub”, -deyə nazirlikdən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.