RUSİYA

Putin və Paşinyan arasında telefon danışığı olub

Qarabağ mövzusu ətrafında mövcud vəziyyətin müzakirəsi zamanı tərəflər və Rusiya sülhməramlıları arasında sıx təmasın və qarşılıqlı fəaliyyət şəraitində həllinin vacibliyini vurğulanıb.
Sputnik
BAKI, 13 mart — Sputnik. Erməni tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlərin telefon danışığında Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə bütün məlum sazişlər kompleksinin həyata keçirilməsinin praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə addımlar, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hazırlığı məsələləri nəzərdən keçirilib.
Qarabağ mövzusu ətrafında mövcud vəziyyətin müzakirəsi zamanı Vladimir Putin bütün məsələlərin konstruktiv şəkildə, tərəflər və Rusiya sülhməramlıları arasında sıx təmasın və qarşılıqlı fəaliyyət şəraitində həllinin vacibliyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.