BAKI, 13 mart — Sputnik. Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir.
Bu barədə Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, Balakən rayonu ərazisində Balakənçayın hövzəsində, dəniz səviyyəsindən 1700-2200 metr yüksəklikdə və Zaqatala rayonu ərazisində Talaçayın hövzəsində, dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə ölçmə işləri artıq başa çatıb.
Hazırda Zaqatala rayonu ərazisindən keçən Katexçayın hövzəsində qarölçmə işləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.