BAKI, 13 mart — Sputnik. Rejissorlar Daniel Şeynert və Den Kvan "Hər şey hər yerdə və dərhal" filmindəki işlərinə görə "İlin ən yaxşı filmi" nominasiyasında "Oskar" qazanıblar. 95-ci "Oskar" mükafatlandırma mərasimi ABŞ-ın Los-Anceles şəhərində keçirilib.
Əsas mükafat – "İlin ən yaxşı filmi" adı uğrunda 10 film mübarizə aparıb. Qalibiyyət üçün rəqabəti Ceyms Kemeronun "Avatar: Su Yolu", Stiven Spilberqin "Fabelmanlar", Martin Makdonun "Banşi İnişerina", Baz Lurmanın "Elvis", Edvard Bergerin "Qərb cəbhəsində dəyişiklik yoxdur", Todd Fildin "Tar", Ruben Estlundun "Kədər üçbucağı", Sara Pollinin "Qadınlar danışır" və Cozef Kosinskinin "Top Qan: Meverik" filmləri aparıb.
"Hər şey hər yerdə və dərhal" filmi 11 kateqoriya üzrə təqdim edilib. Əsas mükafat ilə yanaşı film rejissor, ssenari, montaj, qadın baş rol və ikinci plan rollarına görə "Qızıl Cəngavər" heykəlciyini də qazanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.