MƏDƏNİYYƏT

Tom Henks "Qızıl Moruq" mükafatına layiq görülüb

Aktyor Tom Henksin düşdüyü vəziyyət çox üzücüdür.
Sputnik
BAKI, 12 mart - Sputnik. Aktyor Jared Leto “Morbius” filmindəki baş rola, Tom Henks “və onun lateks üzü” isə Elvisə görə "Qızıl Moruq" anti-mükafatını qazanıb. Bu barədə mükafatın təşkilatçıları deyiblər.
Hollivudun əsas anti-mükafatının qalibləri ənənəvi olaraq Oskardan bir gün əvvəl elan edilir. “Qızıl Moruq” saytında dərc olunan siyahıdan belə görünür ki, bu il mükafat “Elvis” filmindəki kiçik rola görə Tom Henksə verilib, başqa bir “moruq” Henkslə onun eyni filmdəki “lateks üzü”nün duetinə verilib.
Letonun “Morbius” filmindəki partnyoru Adria Arjona ikinci planda ən pis aktrisa seçilib. "Disney" studiyasının "Pinokkio"su da mükafata layiq olub. “Sarışın qız” filmi iki nominasiyada “Qızıl moruq” mükafatına layiq görülüb: ən pis film və ən pis ssenari.
"Qızıl moruq"un təşkilatçıları mükafata 12 yaşlı aktrisanın baxıldığını elan etdikdən sonra mükafatın özünü ən pis aktrisa kimi tanıyıblar - "nominasiyada səhvə görə".