DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şahzadə Harrinin övladları III Çarlz-ın tacqoyma mərasiminə dəvət edilməyib

III Çarlzın və həyat yoldaşı Kamillanın tacqoyma mərasimi mayın 6-na təyin edilib.
Sputnik
BAKI, 12 mart - Sputnik. Teleqraf qəzeti xəbər verir ki, Şahzadə Harri və Meqan Marklın övladları, Şahzadə Arçi və Şahzadə Lilibet hazırda Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə dəvət edilməyiblər.
III Çarlzın və həyat yoldaşı Kamillanın tacqoyma mərasimi mayın 6-na təyin edilib.
"Sasseks hersoqu və hersoginyasının övladları şahzadə Arçi və şahzadə Lilibet bu anadək tacqoyma mərasiminə dəvət edilməyib", - məlumatda deyilir.
Daha əvvəl nəşr şahzadə Harrinin nümayəndəsi və həyat yoldaşı Meqan Markla istinadən məlumat vermişdi ki, cütlük III Çarlz III-ın tacqoyma mərasiminə dəvət alıb.
Bukingem Sarayının veb-saytı üç yaşlı Şahzadə Archinin varislik xəttində altıncı, kiçik bacısı Lilibetin isə yeddinci olduğunu qeyd edir.
Şahzadə Harri və Meqan Markl təxminən üç il əvvəl kral ailəsi ilə münaqişədən sonra krallıq vəzifələrini yerinə yetirməkdən imtina edərək Böyük Britaniyanı tərk ediblər. 2021-ci ilin mart ayında cütlük Opra Uinfriyə qalmaqallı bir müsahibə verərək orada qohumlarını laqeydlikdə, daimi təzyiqdə və hətta irqçilikdə ittiham ediblər. O vaxtdan bəri cütlük və kral sarayı arasında münasibətlər gərgin olaraq qalır.
DÜNYA XƏBƏRLƏRİ
Şahzadə Harri kral ailəsinin onunla barışmaq istəmədiyini bildirib