BAKI, 12 mart - Sputnik. Sabiq dövlət və hökumət başçıları Bakıda keçirilən tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar.
“Report”un xəbərinə görə, onların fikirləri “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə nümayiş etdirilən videoçarxda yer alıb.
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvili qeyd edib ki, Heydər Əliyevin regionda qonşular və xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin qurulmasında əməyi danılmazdır.
2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiç isə bildirib ki, sovetlər dağılandan sonra yaranmış gərgin vəziyyətdə Heydər Əliyevin tarixi qərarlarlar ölkənin inkişafına xidmət edib.
Latviyanın sabiq Prezidenti Valdis Zatler də vurğulayıb ki, Heydər Əliyev öz ölkəsinin inkişafı üçün böyük lider olub: “Onu Azərbaycanı dünya ölkələri içərisində tanıdan lider kimi xatırlayıram”.