RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya tankçıları Qərb tanklarını qarşılamağa hazır olduqlarını bildiriblər

Rus tanlçılar vura biləcəkləri nəqliyyat vasitələrinin texniki xüsusiyyətlərini öyrəniblər.
Sputnik
BAKI, 12 mart - Sputnik. Xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirən Rusiya tankçıları Qərb tankları ilə görüşməyə hazırdırlar - ekipajlar onların zəif yerlərini bilirlər. Çağırış işarəsi "Bolşoy" (Böyük) olan tankçı bunu “RİA Novosti”yə bildirib.
"Bəli, "Leopard”, “Abrams” və “Çellencer”lər haqqında eşitmişəm. Biz Vətənimizi müdafiə etməyə 100% hazırıq. Vura biləcəyiniz nəqliyyat vasitələrinin texniki xüsusiyyətlərini və həmin maşının harasına atəş açmalı olduğumuzu öyrənmişik", - deyə agentliyin həmsöhbəti bildirib.
"Məsələn, alman “Leopard”ı mexanikin sol tərəfindən vurulur, orda sursat rəfi var. Əgər sağ tərəfə vursan - onlar bir-birinin ardınca üç nəfər oturur - ən azı üç ekipaj üzvünü məhv edirsən. Sol tərəfdə isə qüllə sahəsində onların da sursat komplekti var. Bu, "Leopard"a aiddir. “Abrams”ı qüllənin altından vurmaq asandır. “Leopard"lar, “Abrams"lar və “Çellencer”lərlə görüşə hazıram", - deyə tankçı fikrini bildirib.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya MN: USQ bir gündə iki Mi-8 helikopterini itirib