DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan hakimiyyətinə müxalif olan keçmiş deputat saxlandığını bildirib

Keçmiş parlamentari gecə saatlarında "patrul əməkdaşlarına tabe olmamaq" maddəsi ilə saxlanılıb.
Sputnik
BAKI, 12 mart — Sputnik. Ermənistan hakimiyyətinə müxalifətdə olan ölkə parlamentinin eks-deputatı Gevorq Petrosyan saxlanlıb.
Bu barədə eks-deputatın özü açıqlama verib.
"Əziz həmvətənlərim, bu gün məni saxladılar. Bunu da görmək lazım idi... Gülməli bir maddə əsasında", - deyə Petrosyan sosial şəbəkələrdə yazıb.
Petrosyanla birlikdə "Çiçəklənən Ermənistan" Partiyasının fraksiyasının üzvü olan digər eks-deputat Naira Zöhrabyan deyib ki, keçmiş parlamentari gecə saatlarında "gülünc maddə - patrul əməkdaşlarına tabe olmamaq" maddəsi ilə saxlanılıb. O, daha sonra ətraflı məlumat verəcəyini vəd edib.
Qeyd edək ki, Gevorq Petrosyan hüquqşünasdır, vəkillik fəaliyyəti ilə məşğuldur.