DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ gələcəkdə ucuz "mavi yanacağa" qayıtmayacaq

Ucuz rus qazından imtinaya görə Avropa enerjisi gələcəkdə əvvəlkindən daha baha olacaq. Bütün bunlar isə ona görədir ki, bazar şəraitində Avropada Rusiya qazı ilə rəqabət aparmaq, demək olar ki, mümkün deyil
Sputnik
BAKI, 12 mart - Sputnik. İstehsal və Avropaya nəql dəyəri baxımından ən cəlbedici olan Rusiya boru kəməri qazının idxalının dayandırılması ilə əlaqədar olaraq, Avropa ölkələri gələcəkdə ucuz qaza geri dönməyəcəklər.
"Выгон Консалтинг" şirkətinin tədqiqat direktoru Maria Belovanın "RİA Novosti"yə şərhində belə deyilir.
Ucuz rus qazından imtinaya görə Avropa enerjisi gələcəkdə əvvəlkindən daha baha olacaq və regionda enerji qiymətləri iqtisadi rəqibləri olan Çin, ABŞ və digərlərininkindən xeyli yüksək olacaq. Bunu cümə axşamı Avropa Parlamentinin Sənaye və Energetika Komitəsinin deputatları qarşısında çıxış edən Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol söyləyib. Onun sözlərinə görə, gələn qış Avropa İttifaqı (Aİ) üçün keçən qışdan daha çətin keçə bilər.
"Hər şey düzgündür, çünki hazırda hasilatın və Avropaya nəqlinin dəyəri baxımından Rusiyadan olan ən cəlbedici qaz kəmərindən siyasi şərtlə imtina var", - deyə Belova Birolun Aİ-nin Rusiya qazından imtina səbəbindən gələcəkdə ucuz "mavi yanacağa" qayıtmayacağı və regionda enerjinin baha olacağı fikri ilə razı olub-olmadığı sualına cavab verib..
"Nəticə etibarilə, Aİ-nin yeni qaz balansı daha bahalı mənbələrdən ibarət olacaq", - deyə analitik iddia edir. - "Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simpsonun cümə axşamı söylədiyi kimi, Rusiyanın mayeləşdirilmiş təbii qazının tədarükündən imtina və Rusiya ilə qaz müqavilələrinin yenidən müzakirəsi "etibarlı tərəfdaşların" Avropa İttifaqında tələbi qoruyub saxlamasını təmin edəcək. Bütün bunlar isə ona görədir ki, bazar şəraitində Avropada Rusiya qazı ilə rəqabət aparmaq, demək olar ki, mümkün deyil və siz "etibarlı qaz" üçün daha çox pul ödəməli olacaqsınız", - deyə Belova sözünə davam edib.
Fond bazarı üzrə ekspert İqor Qalaktionov hesab edir ki, avropalılar üçün qaz yaxın illərdə baha ola bilər. "Əgər Rusiya və Avropa İttifaqı nə vaxtsa enerji sektorunda əməkdaşlığın qismən bərpasına qərar verməsələr – hansı ki, hazırda çox çətin məsələdir, növbəti 3-5 ilin üfüqündə Avropa üçün qaz həqiqətən əvvəlkindən 2-3 dəfə baha ola bilər", - deyə o, fikrini bildirib.
Xatırladaq ki, Avropada birja qaz qiymətləri 2021-ci ilin yazından etibarən yüksəlir. 2022-ci ilin martında qiymətlər hər min kubmetr üçün 3892 dollarla rekord həddə çatıblar. Bununla belə, dekabrın sonundan etibarən qiymətlər davamlı olaraq azalmağa doğru gedərək 27 iyul 2021-ci ildən bəri ilk dəfə olaraq 9 martda 450 dollardan aşağı düşüb. Azalmağına baxmayaraq, kotirovkalar müşahidələrin uzun tarixi üçün orta göstəricidən iki dəfə çoxdur. Belə davamlı yüksək qiymətlər Avropada qaz qovşaqlarının istismarının bütün tarixində - 1996-cı ildən bəri görünməyib.