HADİSƏ

Yevlax sakini arvadını, qayınanasını və onun qardaşını bıçaqlayıb

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.
Sputnik
BAKI, 11 mart - Sputnik. Yevlax rayonunda bir ailənin üç üzvünün bıçaqlanması ilə bağlı bəzi məqamlar məlum olub.
APA-nın xəbərinə görə, rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.
Onlar xəstəxanaya yerləşdirilib. Ümid Bağırovun vəziyyəti ağır, digərlərinin durumu orta-ağır qiymətləndirilir.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Səbuhi Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.