SƏHİYYƏ

Nazir müavini: "Autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik"

Nazir müavini qeyd edib ki, bu sahə ilə məşğul olan tibb işçiləri üçün davamlı treninqlər təşkil olunur
Sputnik
BAKI, 11 mart - Sputnik. "Biz ələ-ələ verib autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik".
"Report" xəbər verir ki, səhiyyə nazirinin müavini Nadir Zeynalov Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.
"Autizm problemi nə qədər erkən aşkarlanarsa, onların cəmiyyətə inteqrasiyası bir o qədər sürətli olur", - nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, zəruri müdaxilələr vaxtında həyata keçirilməlidir ki, uşaqların cəmiyyətə inteqrasiyası sürətli olsun:
"Belə uşaqların cəmiyyətə inteqrasiyası inklüzivlik qaydası ilə həyata keçirilir".
Nazir müavini qeyd edib ki, bu sahə ilə məşğul olan tibb işçiləri üçün davamlı treninqlər təşkil olunur:
"Biz ələ-ələ verib bu problemin həllində daha mühüm nəticələrə nail ola bilərik".