DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Maduro Putini "böyük döyüşçü" adlandırıb

Venesuela dövlət başçısı maraqlı açıqlamalarla çıxış edib.
Sputnik
BAKI, 11 mart - Sputnik. Venesuela prezidenti Nikolas Maduro argentinalı jurnalist Alfredo Serrano ilə müsahibədə bir sıra görkəmli şəxslərin qısa təsvirini verərək, Rusiya lideri Vladimir Putini “böyük döyüşçü”, Roma Papasını "möcüzə yaradan", Co Baydeni isə "prezident" adlandırıb.
"Papa möcüzə yaradandır, (Amerika Dövlətləri Təşkilatının katibi, Luis) Almaqro xaindir, (İspaniyanın keçmiş baş naziri) Xose Luis Rodriges Zapatero danışıqlar aparandır, Co Bayden prezidentdir, Donald Tramp isə keçmişdir, (Rusiya Prezidenti Vladimir) Putin böyük döyüşçüdür , (Argentinanın keçmiş prezidenti Maurisio) Makri zibillikdir, Fidel Kastro tarixi nəhəngdir”, - Maduro La Pizarra proqramının efirində deyib.
RUSİYA
Putin: Kənardan yaranan çətinlikləri bankların fəaliyyəti sayəsində aradan qaldırmaq olar