NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünya bazarlarında neft bahalaşıb, Azərbaycan nefti isə...

Nyu-Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,96 dollar artıb. Azərbaycan nefti isə ucuzlaşıb
Sputnik
BAKI, 11 mart — Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin may müqaviləsinin dəyəri 1,46% və ya 1,19 dollar artaraq 1 barelə görə 82.78 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,27% və ya 0,96 dollar artaraq 76.68 dollara bərabər olub.
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft isə ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,66 ABŞ dolları və ya 0,7% azalaraq 84,79 dollara enib. Qeyd edək ki, ötən gün "Azeri Light" 85,45 dollara ticarət edilmişdi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.