SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN rəsmisi ABŞ-ın Ermənistandakı səfirini cavabsız qoymadı

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi yazıb ki, şəffaflıq və təhlükəsizlik üçün Azərbaycan və Ermənistan arasında sərhəd-nəzarət məntəqəsinin olması mütləqdir.
Sputnik
BAKI, 10 mart — Sputnik. Azərbaycan və Ermənistan arasında sərhəd-nəzarət məntəqəsinin olması mütləqdir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə ABŞ-ın Ermənistandakı səfirinə cavabında bildirib.

"Şəffaflıq və təhlükəsizlik üçün Azərbaycan və Ermənistan arasında sərhəd-nəzarət məntəqəsinin olması mütləqdir", - XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqaza səfər edib. Azərbaycan və Ermənistan siyasi rəhbərliyi ilə görüşlər keçirən amerikalı diplomat bildirib ki, Azərbaycanla Ermənistan sülh müqaviləsinin mətnini özləri hazırlamalıdırlar.
Onun sözlərinə görə, rəsmi İrəvan və Bakı arasında sülhün yeganə yolu dialoqdur:
"Biz uzunmüddətli və balanslı olacaq sülhün bərqərar olması üçün tərəflərlə, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə yaxından işləməkdən başqa yol görmürük. Bizim etməyə çalışdığımız şey sülhə gedən yolu asanlaşdırmaqdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.