SƏHİYYƏ

ÜST Bakıdan bütün ölkələrə müraciət edib

Gebreyesus X Qlobal Bakı Forumundakı çıxışında bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırıb.
Sputnik
BAKI, 10 mart — Sputnik. "Pandemiyadan sonra BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmalıyıq". APA-nınxəbərinə görə, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində "Yeni qlobal səhiyyənin qurulması strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəlaiyyət" adlı paneldə videomüraciətində bildirib.
Baş direktor qeyd edib ki, ÜST təşviş, təminat, qoruma, səlahiyyətləndirmə və icra ilə bağlı 5 prioriteti əsas sayır:

"Xəstəlik xəstəxanada başlamır, evlərdə, küçələrdə başlayır. ÜST bütün dövlətlərin bu sahədə prioritetləri müəyyənləşdirməsini vacib sayır. İkincisi, 90 faiz səhiyyə yardımına ilkin tibbi yardımı daxil etmək olar. İş yerləri və mütəxəssis amili bu sahədə vacibdir. Qoruma da vacibdir. Dördüncü amil rəqəmasl texnologiya, tərəfdaşlığın vacibliyini ortaya çıxarır. Səhiyyə sahəsində tədbirlərin icrası da bu aspektdə xüsusi qeyd olunmalıdır".

Tedros Adhanom Gebreyesus nəzərə çatdırıb ki, bu il ÜST-ün yaradılmasının 75-ci ildönümüdür. O, təşkilatın yaradılmasını mühüm bir addım kimi qiymətləndirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev də dünən Forumun açılış mərasimində iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.