RUSİYA

Rusiya martın 14-də BMT TŞ-nin rusofobiya ilə bağlı iclasının keçirilməsini tələb edir

Diplomat bildirib ki, çıxış edənlərin adları görüş ərəfəsində açıqlanacaq ki, onlar Rusiyanın düşmənləri tərəfindən təzyiqlərə məruz qalmasınlar.
Sputnik
BAKI, 10 mart - Sputnik. Rusiya martın 14-də Ukrayna böhranının həllinə mane olan amil kimi rusofobiya problemi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib. Bu barədə Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Telegram kanalında yazıb.

“Bu gün biz Ukrayna böhranının uzunmüddətli və davamlı həll yollarının axtarışına mane olan amil kimi rusofobiya ilə bağlı martın 14-də BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsini xahiş etdik. Təbii ki, həm Ukraynada, həm də Qərbdə rusofobiyadan danışacağıq”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, çıxış edənlərin adları görüş ərəfəsində açıqlanacaq ki, “onlar tez-tez olduğu kimi düşmənlərimiz tərəfindən təzyiqlərə məruz qalmasınlar”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.