BAKI, 10 mart — Sputnik. Avropanın Rusiyanı cilovlamaq vasitəsi kimi istifadə etmək üçün yenidən nasizmə ehtiyacı var. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü bildirib.
"Hazırda danışdığım hər şey - abidələrin sökülməsi, Baltikyanı ölkələrdə və Ukraynada Vaffen-SS veteranlarının, nasist şevronları olan neonasist və nasist birləşmələri şərəfinə keçirilən nümayişləri, pisləmək, açıq deyim ki, faşizmin dirçəlişinin qarşısını almaq üçün etdiyimiz bütün çağırışlara məhəl qoyulmadı. Hazırda çıxardığımız nəticə odur ki, istər-istəməz Avropaya nasizmin yenidən ehtiyacı olduğu versiyası nəzərə alınmalıdır. Yenə də onu bizə qarşı istiqamətləndirmək, Rusiyanı cilovlamaq, onun müstəqil gücə çevrilməsinə mane olmaq vasitəsi kimi istifadə etmək üçün lazımdır", - Lavrov Birinci Kanalın "Bolşaya iqra" proqramına müsahibəsində deyib.
"Rusiya ilə bağlı son dərəcə aqressiv ifadələr işlədilir. Amma ilk növbədə qeyri-qanuni sanksiyalarda, görünməmiş sanksiyalarda ifadə olunan hərəkətlər göstərir ki, Qərb doğrudan da özü üçün bunun ölüm-dirim müharibəsi olduğuna qərar verib. Ötən ildən xeyli əvvəl, Ukraynada dövlət çevrilişindən dərhal sonra onlar tərəfindən hazırlanan bu hibrid müharibə son və həlledici döyüş kimi qəbul edilir", - Lavrov deyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.