BAKI, 10 mart — Sputnik. Gürcüstandakı "xarici agentlər haqqında" qanun layihəsinin Moskva ilə heç bir əlaqəsi yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, belə bir açıqlama verərək narahatlıq ifadə edib, çünki, onun sözlərinə görə, Abxaziya və Cənubi Osetiyaya qarşı təxribat riskləri var.
Peskov onu da bildirib ki, bu qanun layihəsi ABŞ aktı kimi irəli sürülüb.
Onun sözlərinə görə, "kimlərinsə görünən əli" Gürcüstandakı vəziyyətə anti-Rusiya elementləri əlavə etməyə çalışır, halbuki ölkədə iğtişaşların başlamasının Rusiya Federasiyası ilə heç bir əlaqəsi yoxdur. O bildirib ki, Moskva Gürcüstanın daxili işlərinə müdaxilə etməyib.
"Şübhəsiz ki, təxribat riskləri var. Bu xalq iğtişaşlarına səbəb olan vəziyyətin Rusiya Federasiyası ilə heç bir əlaqəsi yoxdur, nə mahiyyətcə, nə də formaca. Eyni zamanda biz görürük ki, Gürcüstan prezidenti öz xalqına haradan müraciət edir, Gürcüstandan deyil, Amerikadan müraciət edir", - deyə Kremlin rəsmi nümayəndəsi bildirib.
Xatırladaq ki, martın 9-da "xarici agentlər haqqında" qanun layihəsi Gürcüstan parlamentindən geri çəkilib. Lakin "Gürcüstan arzusu" partiyası bu layihədən əl çəkməyəcəklərini qeyd edərək, sənədin "hər təfərrüatı ilə bağlı bütün həqiqətləri geniş ictimaiyyətə çatdırmaq" üçün əhali ilə görüşlər keçirmək niyyətində olduqlarını bəyan ediblər. Bu gün, martın 10-da Gürcüstan parlamenti ölkədə etirazlar fonunda bu qanun layihəsinə baxılmasının dayandırıldığını elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.