BAKI, 10 mart — Sputnik. Rusiya və Çin parlamentariləri arasında konstruktiv qarşılıqlı fəaliyyət Moskva və Pekin arasında dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək, bu dialoq iki ölkə arasında tərəfdaşlığın inkişafında mühüm amildir.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Çjao Leszini Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrikində bildirib.
Volodin bildirib ki, parlamentlərarası dialoq Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın inkişafında mühüm amildir.
Spiker əmin olduğunu bildirib ki, Rusiya və Çin parlamentariləri arasında konstruktiv qarşılıqlı fəaliyyət bundan sonra da Rusiya və Çin arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu Daimi Komitəsinin üzvü Çjao Leszi Assambleyanın 14-cü çağırışının 1-ci sessiyasında səsvermə nəticəsində sədr təyin edilib. Onun namizədliyini səsvermədə iştirak edən 2952 deputatın hamısı dəstəkləyib. Çjao Leszi 2018-ci ilin martından bu vəzifədə çalışan 72 yaşlı Li Zhanşunu əvəzləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.