PAYTAXT XƏBƏRLƏRİ

Bakı-Sumqayıt qatarı niyə gecikib? Rəsmi açıqlama

Qatarın bələdçisi bildirib ki, gecikməyə səbəb yaranan texniki nasazlıq olub.
Sputnik
BAKI, 10 mart — Sputnik. Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarının qrafikə əsasən gecikməsinə səbəb dumanlı hava şəraiti olub.
Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, səhər saatlarında havanın dumanlı olması səbəbindən müvafiq təlimata uyğun olaraq maşinist qatarın sürətini azaldıb. Nəticədə, qatar 9 dəqiqə gecikib.
Qeyd edək ki, bu gün Sumqayıt-Pirşağı-Bakı qatarının qrafikində gecikmə yaranıb.
Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarı qrafikə əsasən Bakıya 08:30-da çatmalı olduğu halda 08:39-da çatıb.
Qatarın bələdçisi bildirib ki, gecikməyə səbəb yaranan texniki nasazlıq olub. Bununla belə, texniki nasazlığın nədən ibarət olduğu açıqlanmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.