CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın su ehtiyyatları 15-20 % azalacaq

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini bildirib ki, Azərbaycanın su ehtiyatlarının 70 %-i ölkə xaricində formalaşır, bu baxımdan dünyada su stresi yaşayan ölkələrdəndir.
Sputnik
BAKI, 10 mart — Sputnik. Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 % azalacağı gözlənilir. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda təşkil olunan brifinqdə deyib.
"Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda təşkil olunan brifinq

"Azərbaycanın su ehtiyatlarının 70 %-i ölkə xaricində formalaşır. Bu baxımdan Azərbaycan dünyada su stresi yaşayan ölkələrdəndir. Adambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Cəmi su ehtiyatları üzrə hətta 140-cı yerdəyik. Dövlət başçısının tapşırığı əsasında 20 magistral kanalın və supaylayıcı şəbəkənin bərpası nəzərdə tutulub",- deyə V. Kərimov bildirib.

O bildirib ki, burada 9 min kilometr uzunluğunda şəbəkə və kanaldan söhbət gedir:
"Artıq işlərə başlanılıb. Oktyabrda bərpa prosesinin ilkin mərhələsinin yekunlaşması nəzərdə tutulur. Bunun nəticəsində su itkisinin 30 faiz azalması gözlənilir. Digər tərəfdən, əkin sahələrinin 60 faizdən yuxarısı suvarılan sahələrdir. Su itkilərinin çoxu burada formalaşır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.