SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN Almaniyaya başsağlığı verib

Azərbaycan XİN-in feysbuk səhifəsindəki paylaşımda bildirilib ki, Almaniyanın Hamburq şəhərindəki "Yehovanın şahidləri" kilsəsində dəhşətli atışma ilə bağlı xəbər bizi sarsıdıb.
Sputnik
BAKI, 10 mart — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hamburq şəhərində baş vermiş silahlı insidentlə bağlı Almaniyaya başsağlığı verib.
Bununla bağlı Azərbaycan XİN-in feysbuk səhifəsindəki paylaşımında bildirilir:
"Almaniyanın Hamburq şəhərindəki "Yehovanın şahidləri" kilsəsində dəhşətli atışma ilə bağlı xəbər bizi sarsıdıb və dərindən kədərləndirib. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik".
Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində "Yehovanın şahidləri" kilsəsində atışma baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 1 neçə nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.