BAKI, 10 mart — Sputnik. Azərbaycan və Gürcüstan arasında sərhəddə yerləşən Candargöl su anbarından birgə istifadəyə dair müqavilə imzalanıb.
Sənədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə cəmiyyətin nümayəndələrinin Gürcüstana səfəri çərçivəsində imza atılıb.
Səfər "Gürcüstan Meliorasiya" MMC-nin dəvəti ilə reallaşıb.
Səfər çərçivəsində su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib, bununla bağlı müqavilə imzalanıb, həmçinin Qardabani suvarma sistemlərinə baxış olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.