BAKI, 10 mart — Sputnik. Vaşinqton Kiyev rejimini Rusiyanın xüsusi hərbi əməliyyat (XHƏ) zonasında döyüş istifadəsi üçün NATO standartlarına uyğun zərbə təyyarələri ilə təmin etməyə risk etmir. ABŞ müxtəlif ölkələrdə istifadə olunan MiQ-29 qırıcılarını almaqla, Amerikanın "hava-yer" və "hava-hava" raketlərini daha da inteqrasiya etməklə Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin ehtiyaclarını kompensasiya etməyə çalışır.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi dünən bildirib ki, ABŞ-ın Arizonadakı Hərbi Hava Qüvvələri bazasında ukraynalı pilotların təlimi F-16-nın sınaqdan keçirilməsinə hazırlıq deyil, ABŞ-ın yüksək dəqiqlikli raketlərinin MiQ qırıcılarına inteqrasiyası imkanlarının qiymətləndirilməsidir. Vaşinqton NATO təyyarələrinin Kiyevə tədarükünü vaxtından əvvəl olduğunu hesab edir, lakin konqres hələ 2022-ci ilin iyulunda ukraynalı pilotlara ABŞ-ın F15 və F16 qırıcılarını idarə etməyi öyrətmək üçün 100 milyon dollar ayırıb. Bazar ertəsi, martın 6-da Ukrayna Silahlı Qüvvələrinin (USQ) ilk iki pilotunun ABŞ-da təlimi başlayıb. Bu təlimlər birmənalı deyil.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın F-16 qırıcılarını Ukraynanın döyüş meydanındakı qələbələrinin açarı hesab edir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin statistikası Qərbin hücum təyyarələrinin tədarükünün mənasız olduğunu göstərir, çünki bir il ərzində Ukrayna Silahlı Qüvvələrinin 400-ə yaxın təyyarəsi və 200-dən çox helikopteri məhv edilib.
Rusiya Baş Qərargahının məlumatına görə, XHƏ-nin əvvəlində (24 fevral 2022-ci il) Ukrayna Hərbi Hava Qüvvələrində cəmi 152 təyyarə, o cümlədən bütün növlərdə olan 85 qırıcı olub. Nəticə etibarilə, USQ-nin 400 təyyarəsindən 250-si məhv edilib, bunlar da çox güman ki, Qərb tədarükləridir (əsasən Sovet və Rusiya istehsalı olan MiQ-29, Su-27, Su-24 və Su-25 qırıcıları ABŞ pulu ilə bütün dünyadan toplanıb).
ABŞ raket silahlarının inteqrasiyası üçün MiQ-29 təsadüfən seçilməyib. Bu, idarə olunan raketlər və top atəşi ilə bütün növ hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş 4-cü nəsil cəbhə qırıcısıdır. Maksimal sürəti 2400 km/saat, hündürlüyü - 18000 metr, uçuş məsafəsi - 2100 km, döyüş yükü isə - 3 tona qədərdir. MiQ-29 ən geniş yayılmış Sovet (Rusiya) qırıcılarından biridir, 1600-dən çox müxtəlif modifikasiyalı növləri istehsal edilib.
Rəsmi olaraq Ukrayna da daxil olmaqla MiQ-29 təyyarələrinə 29 ölkə sahibdir. Məsələn, Polşa Sovet mirasından 50-dən çox MiQ-29 qırıcısını əldə edib və Varşava hamısını Kiyevə verməyə hazırdır. Rumıniya 24 ədəd MiQ təyyarəsinə malikdir. ABŞ bu yaxınlarda Moldovadan 21 ədəd MiQ-29 alıb. Macarıstanın 28 və Bolqarıstanın 12 MiQ-29 qırıcısının taleyi məlum deyil. Martın əvvəlində Slovakiya 10 MiQ-29 qırıcısını Ukraynaya təhvil verməyə hazır olduğunu bildirib. Asiya və Afrika ölkələrinin hava aviaparklarına belə toxunmadan, ABŞ-ın Ukrayna üçün "alacağı" və ya dəyişdirə biləcəyi 140-a yaxın MiQ-29 təyyarəsinin olduğunu görürük. MiQ-29 qırıcılarının (eləcə də Su-25 cəbhə bombardmançılarının və Su-25 hücum təyyarələrinin) texniki hazırlığının bərpası problemlərini Polşadakı "Voyskowe Zakladi Lotniçze №2" dövlət təyyarə təmiri zavodu həll edə bilər. Bu zavod Şərqi Avropada "MiQ" və "Suxoy" qırıcılarının təmiri üçün əsas bazadır. Xatırladım ki, Lvov Aviasiya Zavodu Rusiya XHƏ-nin hələ başlanğıcında raket hücumu ilə məhv edilib.
Ukrayna "kamikadzesi"
Ukrayna Silahlı Qüvvələrinin pilotlarının F-16 və F-15 qırıcılarından istifadə etmək üçün yenidən hazırlanmasına neçə ay və ya neçə il lazım olacağı müzakirə mövzusudur. Hava döyüşündə Ukrayna qırıcılarının ən azı bir qələbəsinə dair sübutların olmaması düşündürür. Rusiyaya məxsus 6 təyyarəni təkbaşına vurduğu iddia edilən "Kiyev kabusu" sadəcə Ukrayna mediasının uydurmasıdır. XHƏ zonasında Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələrinin (Su-57, Su-35S, Su-30SM) üstünlüyü şübhəsizdir. Ukraynaya məxsus Su-27 və Su-24-lərin R-37M "hava-hava" raketləri ilə 200 km-dən çox məsafədə məhv edilməsi hətta İngiltərə mənbələri tərəfindən də təsdiqlənir.
ABŞ-ın AIM-120 "hava-hava" raketinin 180 km-ə qədər uçuş məsafəsi ilə ehtimal olunan inteqrasiyası Ukraynanın MiQ-29-un qələbə şansını artırmayacaq. Bu yaxınlarda ABŞ mütəxəssisləri Ukrayna hərbi teatrında güc nisbətini dəyişdirməyən AGM-88 HARM antiradar raketlərini MiQ-29-a inteqrasiya ediblər.
Vaşinqton Kiyev rejimini ABŞ-ın F-16 qırıcıları ilə təmin etməkdə tərəddüd edir. Bu, birbaşa ABŞ-Rusiya arasında gərginliyin olma qorxusuna görə deyil, Rusiya silahlarının aşkar texnoloji üstünlüyünə görədir. ABŞ-ın ən görkəmli AIM-120 "hava-hava" raketləri uçuş məsafəsinə görə Rusiyanın oxşar R-37M raketlərindən (400 km-ə qədər) iki dəfədən çox geridə qalır. Həmçinin bu hipersəsli raketlər 6 Max və ya saatda 7192 km sürətlə uçurlar, buraxıldıqdan bir 3 - 4 dəqiqə sonra maksimum hədəflərinə çatırlar. Yüksək dəqiqlikli AIM-120 raketləri heç bir vəziyyətdə (MiQ-29, F-16 və ya F-15) Ukrayna Silahlı Qüvvələrinin qırıcılarına kömək etməyəcək. Buna görə də, ABŞ ehtimal ki, yalnız bir döyüş uçuşu edəcək ukraynalı intihar pilotlarını münasib qiymətə hazırlayır.
NATO Ukraynaya silah tədarükünü artırır. Pentaqonun rəhbəri Lloyd Ostin onlarla uyğun təyyarələri təzyiqlə istədiyini əldə etmək üçün Şimali Afrika ölkələrini çılğın şəkildə gəzir. Məsələn, Misir Hərbi Hava Qüvvələri 2015-ci ildən bəri 40-dan çox MiQ-29 qırıcısını istismar edir.
Kiyevin baş aktyoru Zelenski Ukrayna Silahlı Qüvvələrini intiharçı əks-hücum üçün hazırlayır və Qərbin hərbi yardımının artırılmasını tələb edir. ABŞ və NATO-nun rəhbərliyi altında Kiyev rejimi ağılsızcasına Ukrayna Silahlı Qüvvələrinin itkilərini artırır, nəzarəti altında olan ərazinin dinc əhalisini bəlalara məhkum edir. Obyektiv reallıq Vaşinqtonun və ukraynalı marionetlərin aqressiv planlarını amansızcasına düzəldir.
Dünən Rusiya Silahlı Qüvvələri Ukraynanın əsas hərbi infrastruktur obyektlərinə və hərbi sənaye kompleksinə "Kinjal" hipersəs raket sistemi də daxil olmaqla, hava, dəniz və yerüstü uzun mənzilli yüksək dəqiqlikli silahlarla kütləvi zərbə endirib. Məqsədlərə nail olunub: hücum pilotsuz təyyarələrinin yerləşdiyi yerlər məhv edilib, xarici silahların ehtiyatlarının yerləşdirilməsi və dəmir yolu ilə daşınması sıradan çıxarılıb, hərbi texnikanın təmiri və silah-sursat istehsalı üçün qurğular sıradan çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.