Mətbuat mərkəzi

Ramazan ayı: mahiyyəti və əhəmiyyəti

Tanınmış ilahiyyatçı Teymur Atayev Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Ramazan ayının xüsusiyyətlərindən danışacaq.
Sputnik
BAKI, 10 mart — Sputnik. Ramazan müsəlman təqvimində doqquzuncu aydır. Bu ayda müsəlmanlar gün ərzində, səhər aran başlayandan gün batana qədər oruc tutur, ayın sonunda isə Fitr bayramını qeyd edirlər.
Azərbaycan müsəlmanları əsrlərdir ki, bu ayda riayət edilməli olan göstərişlərə əməl edirlər.
Azərbaycan cəmiyyətində bu bayramın əsasını təşkil edən dəyər və fəzilətlərin böyük tərbiyəvi əhəmiyyəti vardır.
Martın 13-də, saat 11.00-da Azərbaycanın tanınmış publisisti, teleaparıcısı və ilahiyyatçı Teymur Atayev Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Ramazan ayının xüsusiyyətləri və bu ayın müasir Azərbaycan cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinin formalaşmasına təsirindən danışacaq.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir bu ünvanda baş tutacaq:
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.