AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident: Azərbaycan ÜST-ə təqribən 10 milyon dollar yardım göstərib

Prezident İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatı boşluqları doldurmaq, körpülər salmaq və münaqişələrin həllinə töhfə vermək üçün çox ciddi rol oynayır.
Sputnik
BAKI, 9 mart — Sputnik. "Biz Qoşulmama Hərəkatına sədrliyimiz başa çatdıqdan sonra da öz işimizi davam etdirəcəyik".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.
"Bölünmüş dünyada bu kimi fəaliyyətlər çox zəruridir. Çünki biz Qərb ilə Şərq arasında "Soyuq müharibə"dən sonra çox ciddi toqquşmanı görürük. Qoşulmama Hərəkatı boşluqları doldurmaq, körpülər salmaq və münaqişələrin həllinə töhfə vermək üçün çox ciddi rol oynayır. Biz peyvənd millətçiliyinə qarşı mövqeyimizi bildirdik. Biz, həmçinin müəyyən tədbirlərin görülməsinə dəstəyimizi verdik və 80 dövlətə, əsasən Qoşulmama Hərəkatının üzvlərinə yardım etdik" - dövlət başçısı bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan virusa qarşı mübarizə aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatına təqribən 10 milyon dollar yardım göstərib.
SİYASƏT
Prezident Qlobal Bakı Forumunun intellektual səviyyəsi barədə