TƏHSİL

Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları artırılıb - CƏDVƏL

Eyni zamanda, qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları da artırılıb.
Sputnik
BAKI, 9 mart — Sputnik. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları artırılıb.
Bu, Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında" qərara etdiyi dəyişiklikdə əksini tapıb.
Eyni zamanda, qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşları da artırılıb.
Qərarın 4-cü hissəsində "799" rəqəmləri "879" rəqəmləri ilə, "719" rəqəmləri "791" rəqəmləri ilə əvəz edilib.
Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi" yeni redaksiyada təsdiq edilib.
Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi" yeni redaksiyada təsdiq edilib.
Bu qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.