BAKI, 9 mart — Sputnik. "Avroviziya-2023" Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək.
Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.
Xatırladaq ki, "Avroviziya-2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.
İlk dəfə Azərbaycan 24 may 2008-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilən 53-cü "Avroviziya" Mahnı Müsabiqəsində iştirak edib. Həmin müsabiqədə 132 xal toplamış Azərbaycan (ifaçılar-Elnur Hüseynov və Samir Cavadzadə “Day After Day” mahnısı ilə) 43 ölkə arasında 8-ci yeri tutub.
14 may 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti “Ranning Scared” mahnısı ilə 221 xal toplayaraq 43 ölkə arasında birincilik qazanaraq müsabiqənin qalibi olub.