Şiddətli döyüşlərdə Rusiya bölmələri Artyomovsk ərazisini və onun şəhərətrafı ərazilərini ukraynalı işğalçılardan azad edir. Kiyev rejiminin Ukrayna Silahlı Qüvvələrinin (USQ) gücü və "Baxmut qalası"nın əlçatmazlığı haqqında mifi dağılır. Qərb Pentaqon və NATO strateqlərinin birbaşa və dolayısı yolla rəhbərlik etdiyi Ukrayna qoşunlarının növbəti hərbi məğlubiyyətinin əlverişli tərifini axtarır.
Artyomovsk əməliyyat mühitindədir. Buradakı Rusiya hücum dəstələri taktiki deyil, strateji problemi həll edirlər - demək olar ki, bütün Ukrayna ordusunu öz üzərinə çəkir, darmadağın edir və irəliləyirlər. Onlar USQ və NATO-nun döyüş potensialını effektiv şəkildə "sıfırlayırlar".
Bir neçə istiqamətdən irəliləyən Rusiya qüvvələri son sutka ərzində şəhərin nəzarətindəki ərazisini xeyli artırıb. Düşmən üçün ən çətin vəziyyət Artyomovsk/Baxmutun şimalında olub, burada "Vaqner" özəl hərbi şirkətin (ÖHŞ) hücum dəstələri israrla mərkəzə doğru irəliləyərək Ukrayna qoşun qruplaşmasını yarıb, USQ-nin yerli müqavimət mərkəzini məhv edib. "Baxmut qalası"nı bu gün cəbhə arxası ilə yalnız bir yol (Çasov Yar) bağlıyır, bu yol da daim Rusiya qoşunlarının atəşi altındadır.
Ukrayna qoşunlarının Krasnoye-Artyomovsk avtomobil yolunun bir hissəsində əks-hücuma keçmək cəhdi Rusiya artilleriyasının zərbələri ilə dəf edilib ki, bu da düşmənin döyüş meydanında itkilərinin 80 faizinə qədərini təşkil edir. "Baxmut sallaqxanasında" Ukrayna bölmələri hər gün 500-ə yaxın hərbçini itirir.
USQ və NATO komandanlığı döyüş meydanında təcrübəli şəxsi heyətinin böyük itkisini əcnəbi muzdlularla kompensasiya etməyə çalışır. Bu yaxınlarda ABŞ müdafiə nazirinin sabiq müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor, alyansın digər ölkələrindən olan "könüllüləri" nəzərə almasaq, xüsusi hərbi əməliyyat (XHƏ) zonasında Ukrayna geyimində Polşadan olan 20 minə yaxın müqaviləli əsgərin olduğunu açıqlayıb.
Qərb indiki reallıqda Kiyev marionetlərinin acınacaqlı vəziyyətinə məhəl qoymadan Rusiya üzərində virtual qələbə haqqında artıq danışa bilməz. "The Wall Street Journal" nəşri ukraynalı zabitlərə istinadən yazıb ki, Artyomovsk bölgəsində Ukrayna Silahlı Qüvvələri avqust ayından bəri ən çox təlim keçmiş briqadalardan bir neçəsini itirib və bunlar on minlərlə döyüşçü deməkdir. "Military Watch" nəşri USQ-nin məğlubiyyətini Rusiyanın inanılmaz atəş gücü, "böyük döyüş intensivliyi və artilleriya atəşi" ilə əsaslandırır. "Washington Post" qəzeti ümid edir ki, "Baxmut tam mühasirəyə alınmayıb". "CNN" qeyd edir: "Əgər rusiyalılar şəhərin qərbindəki yüksəklikləri əldə edə bilsələr, yaxınlıqdakı Konstantinovka və Kramatorsk sənaye şəhərləri onların artilleriyasının altına düşəcək". Nüfuzlu "19fortyfive.com" portalı belə xülasə edir: "Baxmut bir ipdən asılır... Uzun sürən döyüş sona çatıb". NATO komandanlığını ən çox bu sual narahat edir: 10 mindən çox ukraynalı hərbçi Artyomovsk qaynar qazanından çıxa biləcəkmi? Kiyevin baş aktyoru və demaqoqu Vladimir Zelenski öz "qılınc rəqsini" davam etdirir və bu səhnədə USQ-nin Baş Komandanı Valeri Zalujnı ilə ciddi münaqişə yaranır.
USQ – "ölülər gəmisi"
Artyomovskdakı 12 min nəfərə qədər olan Ukrayna qoşun qruplaşması əməliyyat mühasirəsindədir, bütün tədarük xətləri Rusiya artilleriyasının atəşi altındadır. Ukrayna Silahlı Qüvvələri komandanlığının yeni ehtiyatların təhvil verilməsi və Artyomovsk şəhərinin "müdafiəsinin yenidən qurulması" haqqında bəyanatlarına zidd olaraq, Kiyev rejimi qüvvələrinin bir hissəsini Çasov Yardakı mövqelərə və daha sonra Slavyan sərhədinə geri çəkməyə başladyıb. Üstəlik, şəhərdən Ukrayna qoşunlarının (xarici muzdluların) qaçması müşahidə olunur. Milli birləşmələr tək-tək və ya bölmələrin tərkibində mühasirədən çıxmağa çalışan "qardaşları" güllələyirlər. Qərb analitikləri iddia edirlər ki, qısa müddətdə Kiyev qoşunların Baxmutdan çıxarılmasını başa çatdıracaq və Slavyansk/Kramatorsk bölgəsində müdafiə xəttini gücləndirəcək, Rusiya isə yavaş-yavaş eyni istiqamətdə irəliləməkdə davam edəcək. Bunun nə qədər yavaş və ya sürətli olduğunu zaman göstərəcək.
Ukrayna hərbi kəşfiyyatı və Qərb mediası Rusiyanın yeni hücum üçün 1800-ə yaxın tank, 3950 zirehli transportyor, 700 təyyarə və helikopter, 2700 artilleriya qurğusu və 500 min hərbçi topladığını bildirib. Martın 4-5-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu birbaşa XHƏ zonasında işləyib, bəlkə də bu, təsadüfdür.
Rusiya qoşunları XHƏ zonasında tam atəş, taktiki və strateji üstünlük təşkil edir. Xerson istiqamətində onlar bölgənin Kiyev rejiminin silahlı birləşmələrindən tamamilə azad edilməsi əmrini gözləyirlər. Cənubi Donetsk və Zaporojye istiqamətlərində "Vostok" qoşun qruplaşması Uqledar, Novomixaylovka, Pavlovka, Şevçenko ərazilərində döyüşür.
Maryinsk istiqamətində Rusiyanın endirdiyi zərbələrini kompensasiya etmək üçün USQ buraya yüzə yaxın xarici peşəkar muzdlular yerləşdirib. Zaporojye vilayətinin Maryevka rayonunda "Azov" milli batalyonunun komanda məntəqəsi məhv edilib. Kupyansk istiqamətində "Qərb" qruplaşmasının qoşunları Xarkov vilayətinin Qryanikovka və Masyutovka rayonlarında düşməni uğurla məhv edir.
Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə ordu bölmələri Avdeyevka istiqamətində hücumu inkişaf etdirir. Hücum aviasiyası Avdeyevka yaxınlığındakı Ukrayna Silahlı Qüvvələrinin istehkam rayonlarını UPAB-1500 inersial-peyk tuşlama sistemi ilə idarə olunan hava bombaları ilə darmadağın edir. Ağırlığı bir yarım tondan çox olan qanadlı aviabomba düşmə nöqtəsindən 40 km-dən çox məsafədə olan hədəfləri dəqiqliklə vurur (əvvəllər Mariupolda "Azovstal" ərazisinin azad edilməsi zamanı belə bombalardan səmərəli istifadə olunub).
Ukrayna Silahlı Qüvvələrinin yaz əks-hücumunun ehtimalı getdikcə azalır. NATO üçün bu xoşagəlməz fonda Vaşinqton ağılsızlıqla köhnə silah tullantıları ilə Avropa limitroflarını doldurmağa davam edir, ABŞ hərbi sənaye kompleksini dirçəltməyə çalışır. Amerikalı ekspert Skott Ritter Vaşinqtonun Rusiyaya qarşı mübarizədə strateji məğlubiyyətini proqnozlaşdırır:
"ABŞ-ın hərbi sənayesi necədir? Biz gündə iyirmi dörd saat silah istehsal edirikmi? Yeni fabriklər inkişaf etdiririkmi? Yox!".
Kiyev rejimini və onun ABŞ-dakı ordusunu getdikcə daha çox "ölülər gəmisi" adlandırırlar - qəddarcasına olsa da, bu, doğrudur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.