HADİSƏ

Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 8 mart - Sputnik. Yevlax rayonunun Aran qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, Yevlax rayon sakini, 1957-ci il təvəllüdlü Sahib Novruzov yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub.
Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.