RUSİYA

Peskov “Şimal axınları” ilə bağlı araşdırma aparılmasını tələb etməyə çağırıb

Kreml hesab edir ki, “Şimal axınları”nın səhmdar ölkələri təcili, şəffaf araşdırma aparılmasında israr etməlidir.
Sputnik
BAKI, 8 mart - Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb mətbuatının “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı dərc olunan yazılarını şərh edib.
Kreml hesab edir ki, “Şimal axını”nın səhmdar ölkələri təcili şəffaf təhqiqat aparılmasında israr etməlidir: bu, dəhşətli cinayət iyi gəlir, Peskov çərşənbə günü RİA Novosti-yə bildirib.
"Bizi hələ də istintaqa buraxmırlar. Cəmi bir neçə gün əvvəl danimarkalılardan və isveçlilərdən bu barədə qeydlər almışıq", - o, "The New York Times" və "Zeit" qəzetlərinin nəşrlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu sadəcə qəribə deyil, həm də dəhşətli cinayət iyi gəlir.
“Ən azı, axınların səhmdar ölkələri və BMT işıq sala biləcək hər kəsin iştirakı ilə təcili şəffaf araşdırma tələb etməlidir”, - o vurğulayıb.
“The New York Times” kəşfiyyat məlumatları əsasında yazıb ki, Rusiya qazının Avropaya nəqli üçün əsas marşrutun bağlanmasının arxasında planları ola bilsin ki, Kiyevə məlum olmayan müəyyən bir ukraynayönlü qrup dayanıb. Eyni zamanda Almaniyanın “Zeit” qəzeti boru kəmərlərinə hücumun izlərinin Ukrayna istiqamətində olduğunu yazıb.