Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bayram Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II Beynəlxalq konfransında təsis olunub.
Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.
Azərbaycanda isə bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.
Ənənəyə uyğun olaraq, martın 8-də kişilər qadınlara müxtəlif hədiyyələr təqdim edirlər. Hədiyyələr arasında gül-çiçək xüsusi yer tutur. Bu gün də istisna olmayıb. Paytaxtımız əllərində gül buketi, üzlərində təbəssüm olan qadınlarla dolub -daşır.