BAKI, 8 mart — Sputnik. Bu gün 8 Mart beynəlxalq qadınlar günüdür. Bu o deməkdir ki, bəşəriyyətin güclü nümayəndələri Beynəlxalq Qadınlar Günü münasibətilə gözəlləri təbrik edirlər. Sputnik Azərbaycan bu bayram günündə Azərbaycan kişilərinin öz əzizlərinə nə hədiyyə etdiyini öyrənmək qərarına gəlib.
Məlum olub ki, kişilər, əlbəttə ki, çiçəkləri ən yaxşı hədiyyə hesab edirlər.
Sorğuda iştirak edənlər hədiyyə seçməkdə çətinlik çəkmədiklərini bildirirlər, çünki yaxın bildikləri insana həmişə nə vermək lazım olduqlarını əvvəlcədən bilirlər.
Bundan əlavə, çox sevindirici haldır ki, kişilərin əksəriyyəti təbrik zamanı pul deyil, məhz hədiyyə təqdim etməyi daha üstün sayırlar, çünki bu halda təbrikə "ruh qatılır".
Daha ətraflı videomuzda izləyə bilərsiniz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.