RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya Ukraynadakı vəziyyətin dinc məcraya keçməsi üçün heç bir zəmin görmür - Peskov

Kreml sözçüsü qeyd edib ki, Çin kimi böyük, nəhəng, qüdrətli və nüfuzlu bir ölkə "dünya gündəmini zəbt edən problemlərlə bağlı öz sözünü deməyə bilməz.
Sputnik
BAKI, 7 mart — Sputnik. Rusiya Ukraynadakı vəziyyətin dinc məcraya keçməsi üçün heç bir zəmin görmür, buna görə də xüsusi hərbi əməliyyatın köməyi ilə öz məqsədlərinə çatmağa davam edir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xüsusi hərbi əməliyyat aparılır. Bu vəziyyətdə hansısa dinc kursa keçid üçün heç bir zəmin yoxdur. Ona görə də Rusiya hərbi müdafiəni həyata keçirməklə qarşıya qoyulan vəzifələri yerinə yetirməyə və məqsədlərinə çatmağa çalışır", - o deyib.

Eyni zamanda, Kreml sözçüsü qeyd edib ki, Çin kimi böyük, nəhəng, qüdrətli və nüfuzlu bir ölkə "dünya gündəmini zəbt edən problemlərlə bağlı öz sözünü deməyə bilməz:
"Biz Pekindən olan həmkarlarımızdan eşitdiyimiz bütün mülahizələrə böyük diqqət yetiririk", - Peskov bildirib.
Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçiriləcək danışıqlarda bu mövzunun müzakirə oluna biləcəyi barədə danışarkən, Peskov xatırladıb ki, iki ölkə müxtəlif səviyyələrdə daimi təmasdadır və dövlət başçıları kifayət qədər sıx və məxfi dialoq aparırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.