BAKI, 7 mart — Sputnik. Rusiyaya kənardan yaradılmağa çalışılan çətinlikləri bank ictimaiyyətinin və Mərkəzi Bankın hərəkətləri sayəsində aradan qaldırmaq mümkün olur.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Söhbətə başlamazdan əvvəl məmnuniyyətlə qeyd etmək istərdim ki, məlum hadisələr nəticəsində yaranmış və müxtəlif sahələrdə, o cümlədən maliyyə sahələrindəki çətinliklər nəticəsində ortaya çıxan məlum və heç də az olmayan çətinliklərə və problemlərə baxmayaraq, bank ictimaiyyətimizin və hökumət strukturlarının peşəkar hərəkətləri, Mərkəzi Bankın səyləri ilə, bunu vurğulamaq istəyirəm, ümumiyyətlə bütün bu çətinliklərin öhdəsindən gələ bildik", - deyə o, "Sberbank"ın rəhbəri German Qreflə görüşdə bildirib.
Putin Qref və onun bütün komandasına təşəkkür edərək qeyd edib ki, "Sberbank" nəinki çətin dövr keçib, həm də işini, demək olar ki, tam bərpa edib və gəlirlə işləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.