CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevir" futbol komandasını daşıyan avtobus qəzaya uğrayıb

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan "Şamaxı-2" – "Mingəçevir" görüşü təxirə salınıb.
Sputnik
BAKI, 7 mart — Sputnik. Bu gün "Mingəçevir" futbol komandası I Divizionun 20-ci turu çərçivəsində "Şamaxı" ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.
PFL-dən apasport.az saytına verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.
Avtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar avtobusun və yük maşınının sürücüləridir. 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəstəxanaya yerləşdirilib.
Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan "Şamaxı-2" – "Mingəçevir" görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.